Avqustun 12-də saat 22 radələrində Abşeron rayonunun Masazır qəsəbəsi ərazisində 1993-cü il təvəllüdlü Sahil Nuriyevin kəsici-deşici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
BUTA.TV Report-a istinadla xəbər verir ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlə həmin cinayət əməlini törətməkdə şübhəli bilinən 2008-ci il təvəllüdlü Hüseyn Vəliyev saxlanılaraq istintaqa təhvil verilib. Araşdırma aparılır.
İddialara görə, qətlə yetirilən 33 yaşlı Sahil Nuriyevin qardaşı tatu ustasıdır. Mərhumun qardaşı şəxsiyyəti hələ məlum olmayan bir nəfərə tatu vurub. Lakin xidmətin ödənişi ilə bağlı tərəflər arasında mübahisə yaranıb.
Sonradan mübahisəyə qoşulan Sahil Nuriyev tanımadığı şəxs tərəfindən kürəyindən bıçaqlanıb və ağır vəziyyətdə Abşeron Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.
“Sabah”ın oyunundakı davaya görə cinayət işi başlanıldı - Saxlanılanlar var
- İmişlidə yanğın törədən şəxs saxlanıldı
- Yevlaxda ağır qəza: 2 nəfər öldü
- Putin ilk dəfə Kuril adalarına getdi - Yaponiyadan etiraz
- Elnur Məmmədova ağır itki
- Samuxda kütləvi zəhərlənmə...
- Bakının mərkəzində obyektdə və mənzillərdə yanğın oldu
- Qardaşına görə mübahisəyə qoşuldu, kürəyindən bıçaqlandı
- Elnur Məmmədovun ailəsində - Ağır itki