Paşinyan Zelenski ilə danışdı

19:29 - 12 Avqust 2026 - GÜNDƏM

 Paşinyan Zelenski ilə danışdı

Ermənistanın Baş naziri Nikol Paşinyanla Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub.

BUTA.TV” “Armenpress”ə istinadən xəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin mətbuat xidməti məlumat yayıb.

Ukrayna dövlət başçısı Nikol Paşinyanı Ermənistanın Baş naziri vəzifəsinə yenidən təyin olunması münasibətilə təbrik edib.

Söhbət zamanı tərəflər Ermənistan-Ukrayna ikitərəfli əməkdaşlıq gündəliyinə dair məsələləri müzakirə ediblər.

Həmçinin regional və qlobal proseslər ətrafında fikirlər mübadiləsi aparılıb, regionda sabit və davamlı sülhün bərqərar olunmasının vacibliyi xüsusi vurğulanıb.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol