Yardımlı–Deman avtomobil yolunun Avaş kəndindən keçən hissəsində təhlükəli vəziyyət yaranıb.
BUTA.TV Teleqraf-a istinadla xəbər verir ki, çaysahili ərazidən keçən yolun asfalt qatının alt hissəsi eroziyaya uğrayaraq boşalıb. Nəticədə yolun bir hərəkət zolağında sürücülər üçün ciddi risk yaranıb.
Sürücülərin sözlərinə görə, ərazini tanımayan şəxslər həmin hissədən ehtiyatsız keçərsə, qəza qaçılmaz ola bilər.
Yolun alt hissəsi tamamilə boşalıb, torpaq kütləsi isə çayın axını ilə yuyularaq çökmə təhlükəsini yaxınlaşdırır.
Təhlükəli hissəyə yalnız kiçik daş parçaları qoyulub. Lakin axşam saatlarında sürücülər bu xəbərdarlığı görməkdə çətinlik çəkirlər.
Sakinlər bildirirlər ki, yolun həmin hissəsi qısa zamanda yenidən qurulmalıdır. Əks halda yolun tamamilə dağılması bu istiqamətdə yerləşən kəndlərin nəqliyyat əlaqəsində ciddi çətinliklər yarada bilər.
- Bu tarixədək yağış yağacaq - Xəbərdarlıq
- Samuxda 9 nəfərdə qarayara aşkarlandı - Rəsmi
- Qarayara xəstəliyi ilə bağlı vəziyyət nəzarətə götürüldü - Rəsmi açıqlama
- Dördüncü qrupda bu ixtisaslarda ballar artacaq
- Elman Paşayevin 5 milyonluq “Rənc Rover”i hərracda...
- Valideynlikdən imtina edib aliment ödəmək istəmədi - Bu qərar verildi
- “Dərnəgül” deposunun ikinci tikinti mərhələsi yekunlaşdı
- Sabah hava necə olacaq?