Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində yerləşən, 1916-cı ildə inşa olunmuş tarixi tikilinin bir sıra konstruktiv elementlərində uzunmüddətli istismar nəticəsində aşınma halları müşahidə olunub.
BUTA.TV xəbər verir ki, bu barədə APA-ya TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Elnur Hidayətoğlu məlumat verib.
O bildirib ki, bu səbəbdən də qəzalı vəziyyətə düşən binada fəaliyyət göstərən 3 nömrəli Şəhər Xəstəxanasının mərhələli şəkildə köçürülməsinə başlanılıb:
"Vətəndaşların ilkin tibbi xidmətə olan ehtiyacının operativ və əlçatan şəkildə qarşılanmasını təmin etmək məqsədilə xəstəxananın həyətində yerləşən ayrıca binada fəaliyyət göstərən Poliklinika şöbəsi və laborator xidmətlər isə əvvəlki qaydada fəaliyyətini davam etdirəcək.
Görülən tədbirlər səhiyyə infrastrukturunun yenilənməsi, tibbi xidmətlərin keyfiyyətinin artırılması və vətəndaş məmnunluğunun təmin olunması məqsədinə xidmət edir".
- Valideynlikdən imtina edib aliment ödəmək istəmədi - Bu qərar verildi
- “Dərnəgül” deposunun ikinci tikinti mərhələsi yekunlaşdı
- Sabah hava necə olacaq?
- Qanunsuz yaşayan 132 əcnəbi ölkədən çıxarıldı
- III qrup üzrə keçid ballarını açıqlandı
- Sabiq deputatın dövlətə 1 milyondan çox borcu var
- DİM sədri şanslı qrupu açıqladı: Yerlərin 75%-i...
- Şuşakənddə insan sümüyünə bənzər qalıqlar aşkarlandı