Rusiyanın “Birinci kanal”ının saytından “Zaman göstərəcək” (“Vremya pokajet”) proqramının mayın 7-də efirə gedən buraxılışı silinib. Həmin verilişdə mövcud olmayan “Dağlıq Qarabağ” adlı qurumun adının keçdiyi təhrif edilmiş Azərbaycan xəritəsindən istifadə edilmişdi.
BUTA.TV Oxu.Az-a istinadla xəbər verir ki, sözügedən süjet daha əvvəl rəsmi Bakının sərt reaksiyasına səbəb olmuşdu.
Azərbaycan Xarici İşlər Nazirliyi bəyan etmişdi ki, belə xəritənin Rusiya dövlət kanalında nümayiş etdirilməsi ciddi təxribat və yolverilməz siyasi manipulyasiyadır.
- Qalmaqallı videoçarx silindi
- İran nüvə bombası hazırlamalıdır - Ərdastani
- Musa Şəkiliyevin işində 13 ay bitdi - Yeni qərar
- Nazirlik növbəti dəfə qalib oldu
- Ağdərədə avtomobil aşdı: ər-arvad öldü
- Zeynəbin axtarışları hələ də davam edir - Video
- Sabah Bakıda güclü külək əsəcək - Xəbərdarlıq
- Abşeronda mühüm tədbir keçirildi - Foto