Mayın 10-da gözlənilən hava proqnozu açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən BUTA.TV-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 13-17° isti, gündüz 23-28° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunu, nisbi rütubət isə gecə 60-70%, gündüz 50-55% təşkil edəcək.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağıntılı olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Ayrı-ayrı yerlərdə arabir duman olacaq olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 11-16° isti, gündüz 23-28° isti, dağlarda gecə 5-10° isti, gündüz 15-20°, bəzi yerlərdə 25°-dək isti olacaq.
- İqamətgahına 30 qadın gətirib - Səfirin “qonaqları” qalmaqal yaratdı
- Bu gün bu rayonlarda işıq olmayacaq
- PSJ Superkuboku da qazandı - Video-Yenilənib
- Qəzada həlak olan AAYDA əməkdaşının - Fotosu
- Xaçmazda divarlara bu yazıları yazanlar saxlanıldılar
- Əkrəm İmamoğlu CHP-dən istefa verdi
- Bakıda sərnişin avtobusu yandı - Video-Yenilənib
- Bayıl və Badamdar sakinlərinin diqqətinə!