“İranın bankiri mənəm”

15:06 - 11 Avqust 2026 - GÜNDƏM

 “İranın bankiri mənəm”

ABŞ-nin İrana qarşı üç strategiyası mövcuddur.

BUTA.TV” xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Real America’s Voice” nəşrinə müsahibəsində danışıb.

“Birincisi, indi etdiyimizi etmək - sadəcə axınla üzmək və onların işlərinin nə qədər pis getdiyini izləmək, çünki onlarda inflyasiya 300%-ə çatıb. Valyutalarının, demək olar ki, heç bir dəyəri yoxdur. Əsgərlərinə maaş verə bilmirlər. Hərbçiləri ordunu tərk edir. Beləliklə, sadəcə eyni qaydada davam etmək lazımdır”, - dövlət başçısı deyib.

Trampın sözlərinə görə, İrana qarşı ikinci strategiya bu ölkəyə güclü hərbi zərbə endirməkdir.

“Üçüncüsü isə sadəcə onları iqtisadi cəhətdən məğlub etməkdir. İran iqtisadi cəhətdən xaos içindədir. Borc ala bilmirlər. Onların çoxlu pulu var idi. İndi bu pullarına biz nəzarət edirik. Onların bankiri isə mənəm”, - Ağ Ev rəhbəri əlavə edib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol