Bəşər Əsəd barəsində qiyabi ölüm hökmü çıxarıldı

12:59 - 11 Avqust 2026 - GÜNDƏM

 Bəşər Əsəd barəsində qiyabi ölüm hökmü çıxarıldı

Suriya məhkəməsi ölkənin sabiq prezidenti Bəşər Əsəd barəsində qiyabi ölüm hökmü çıxarıb.

BUTA.TV” xəbər verir ki, bu barədə yerli SANA agentliyi məlumat yayıb. 

O, bəşəriyyətə qarşı və müharibə cinayətlərində təqsirli bilinib.

Bununla yanaşı, məhkəmə Bəşər Əsədin qardaşı Mahir Əsəd və qohumu Necib Atıf barəsində də eyni ittihamlar üzrə ölüm hökmü qərarı verib.

Xatırladaq ki, 2024-cü ilin sonunda Suriyada müxalif qüvvələrin hücuma keçməsindən sonra Bəşər Əsəd rejimi devrilib. Bunun ardınca, o, ailəsi ilə birlikdə ölkəni tərk edib. Rusiya Əsəd və ailəsinə sığınacaq verib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol