Rusiya tərəfindən Gürcüstan ərazilərinin “müstəqillik”lərinin tanınması faktı olduğu müddətcə diplomatik münasibətlər bərpa edilə bilməz.
BUTA.TV APA-ya istinadla xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Gürcüstanın məqsədi Rusiya ilə münaqişənin sülh yolu ilə həllinə nail olmaqdır.
“Ümid edirik ki, bu, siyasi dəyişikliklər nəticəsində mümkün olacaq. Münaqişənin sülh yolu ilə həlli xarici siyasət prioritetlərimizdən biridir", - Kobaxidze əlavə edib.
Qeyd edək ki, 2008-ci ilin avqust müharibəsi nəticəsində Rusiyanın Gürcüstanın Abxaziya və Cənubi Osetiya bölgələrinin “müstəqillik”lərini tanımasından sonra Tiflis Moskva ilə 1992-ci ildə əsası qoyulmuş diplomatik münasibətləri həmin ilin sentyabrın 2-də dayandırıb.
Xatırladaq ki, Rusiyanın Xarici İşlər Nazirliyi Gürcüstanla diplomatik münasibətləri bərpa etməyə hazırlığını dəfələrlə bəyan edib.
- Hərracda iştirak etmək istəyənlərin diqqətinə: 64 avtomobil...
- Prezident və xanımı Naxçıvandadır - Foto-Video
- Turistlərin İçərişəhərdəki “əl işləri” - Nəzarətə götürüldü+Video
- Rusiya ilə diplomatik münasibətlər bərpa edilə bilməz
- Yerli xammaldan günəbaxan yağı istehsalı 4000 tona çatdırılır
- Lənkəranda meşədən kişi və qadın meyitləri tapıldı
- Azərbaycanda bu institut bağlanır?
- Bakıda 1 ildir yoxa çıxan qadın qətlə yetirilibmiş - Oğlu tutuldu