Gəncə şəhərində yerləşən hərbi hissələrin birində müddətli həqiqi hərbi xidmətə yeni çağırılan əsgərlərin təntənəli andiçmə mərasimi keçirilib. Vətən qarşısında müqəddəs borclarını yerinə yetirməyə hazır olan gənclərin bu xüsusi günü böyük coşqu ilə müşayiət olunub.
BUTA.TV Nocomment.az-a istinadən xəbər verir ki, mərasimdə iştirak etmək üçün ölkənin müxtəlif bölgələrindən gələn valideynlər və yaxınların say çoxluğu ərazidə əsl izdihama səbəb olub. Sosial şəbəkələrdə yayılan görüntülərdən aydın olur ki, hərbi hissənin qarşısında toplaşan yüzlərlə vətəndaş əsgərlərin sevincinə şərik olub, bu qürurlu anları telefon yaddaşına köçürüblər.
Mərasim zamanı gənc əsgərlər dövlət bayrağı altında Azərbaycanın ərazi bütövlüyü və suverenliyini qoruyacaqlarına söz veriblər. Rəsmi hissədən sonra valideynlərin övladları ilə görüşü duyğulu anlarla yadda qalıb.
- İqamətgahına 30 qadın gətirib - Səfirin “qonaqları” qalmaqal yaratdı
- Bu gün bu rayonlarda işıq olmayacaq
- PSJ Superkuboku da qazandı - Video-Yenilənib
- Qəzada həlak olan AAYDA əməkdaşının - Fotosu
- Xaçmazda divarlara bu yazıları yazanlar saxlanıldılar
- Əkrəm İmamoğlu CHP-dən istefa verdi
- Bakıda sərnişin avtobusu yandı - Video-Yenilənib
- Bayıl və Badamdar sakinlərinin diqqətinə!