Xüsusilə vurğulamaq istədiyim layihələrdən biri Ağdamda İmarət Tarix-Memarlıq Muzey Kompleksinin bərpasıdır. Bu kompleks artıq fəaliyyət göstərir. Bu gün Qarabağda ziyarət olunan, mədəni irsimizin təqdim olunduğu yerlərdən biridir. Eyni zamanda, Əsgəran qala-kompleksinin bərpası istiqamətində işlər həyata keçirilir. Həm qalanın özü və eyni zamanda, komplekslə bağlı əsas layihələr, - bunun içərisində Əsgəran Silah Muzeyinin təşkil olunması da var - həyata keçirilir.
BUTA.TV xəbər verir ki, bunu Azərtac-a Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli bildirib.
Nazir deyib ki, bu, Azərbaycanın dövlətçilik tarixini və xüsusilə də onun döyüş sənətinin, döyüş ruhunun və bu tarixi dövrlər ərzində əldə etdiyi silahlarla bağlı məlumatların elmi əsaslarla insanlara çatdırılmasını təmin edən ilk muzey olacaq.
“Silah muzeyinin orada olmasının rəmzi mənası var. Belə ki, Əsgəran qalası Qarabağ xanlığının əsas mühafizə dayağı, onun əsas qalxanı olub. Azərbaycan memarlığının parlaq nümunələrindən hesab olunan qala Əsgəranın müdafiə sistemi kimi Qarabağ xanlığının formalaşması dövründə Şuşa qalasına hücumlara qarşı qoruyucu sipər olaraq inşa edilib”, - deyə A.Kərimli qeyd edib.
- Bənizin 11 il həbsi tələb edildi
- Pensiya alanların nəzərinə!
- Şuşa Media Forumunda Prezidentin yanında diqqətçəkən xanım kimdir? - FOTOLAR
- Bu, Putinin əlində qalan son vasitədir - Ronzhaymer
- 10 il milli komandada işləyən həkim ginekoloq imiş...
- “Azərbaycandan qayıdandan sonra işlərim daha yaxşı gedib”
- Ağdamda məktəb Slovakiya Milli Qəhrəmanının adını daşıyacaq
- Media və Yayım Şurası yaradılır - Son oxunuş