Mövsüm başladı, qiymətlər artdı.
BUTA.TV Xezerxeber.az-a istinadla xəbər verir ki, İsmayıllı rayonunda turizm mövsümünün başlaması ilə istirahət və xidmət sahələrində qiymət artımı müşahidə olunur.
Xüsusilə meşə ərazilərində fəaliyyət göstərən kafe və istirahət mərkəzlərində samovar çayı xeyli baha qiymətə təklif olunur. Bəzi yerlərdə qiymət hətta 50 manata çatır.
Bununla yanaşı, rayonda kirayə verilən fərdi evlərin və kotteclərin qiymətlərində də artım müşahidə olunur. Ev sahibləri bildirirlər ki, qiymətlər evlərin şəraiti, otaq sayı və təqdim olunan xidmətlərə uyğun olaraq müəyyən edilir.
Ev sahiblərinin sözlərinə görə, rayona gələn turistlərin sayının artması da qiymətlərə təsir göstərən əsas amillərdən biridir. Ümumilikdə, bölgədə turizm axınının artması qiymətlərin formalaşmasına birbaşa təsir göstərir və bu tendensiyanın davam edəcəyi gözlənilir.
- Bənizin 11 il həbsi tələb edildi
- Pensiya alanların nəzərinə!
- Şuşa Media Forumunda Prezidentin yanında diqqətçəkən xanım kimdir? - FOTOLAR
- Bu, Putinin əlində qalan son vasitədir - Ronzhaymer
- 10 il milli komandada işləyən həkim ginekoloq imiş...
- “Azərbaycandan qayıdandan sonra işlərim daha yaxşı gedib”
- Ağdamda məktəb Slovakiya Milli Qəhrəmanının adını daşıyacaq
- Media və Yayım Şurası yaradılır - Son oxunuş