Bu gün respublikanın müxtəlif yerlərində müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Xocalı rayonunun Badara, Təzəbinə, Xanyurdu, Xanabad, Ballıca və Daşbulaq kəndlərinə yola salınıb.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən “BUTA.TV”ya verilən məlumata görə, onlardan biri də Xocalı sakini, keçmiş məcburi köçkün, 1981-ci il təvəllüdlü Anar Zakir oğlu Buludxanovun ailəsidir.
A. Buludxanov həyat yoldaşı və 10 uşağı ilə birlikdə rayonun Təzəbinə kəndində yeni bərpa olunmuş evinə köçüb.
O bildirib ki, illərlə bu günü arzulayıblar və bu gün arzuları gerçəyə çevrilib. Ailə başçısı övladlarının doğma torpaqda təhlükəsiz, firavan və xoşbəxt həyat yaşamasının ən böyük sevinc, qürur olduğunu deyib.





- Sabah 40 dərəcə isti olacaq
- Bənizin 11 il həbsi tələb edildi
- Pensiya alanların nəzərinə!
- Şuşa Media Forumunda Prezidentin yanında diqqətçəkən xanım kimdir? - FOTOLAR
- Bu, Putinin əlində qalan son vasitədir - Ronzhaymer
- 10 il milli komandada işləyən həkim ginekoloq imiş...
- “Azərbaycandan qayıdandan sonra işlərim daha yaxşı gedib”
- Ağdamda məktəb Slovakiya Milli Qəhrəmanının adını daşıyacaq