“Sertifikasiya imtahanında iştirak edən 10 müəllimdən 9-u uğur əldə edib”.
“BUTA.TV” xəbər verir ki, bunu “Sertifikatlaşdırma: səriştəli müəllim - keyfiyyətli təhsil” mövzusunda tədbirdə elm və təhsil naziri Emin Əmrullayev bildirib.
Onun sözlərinə görə, 2022-2026-cı illər üzrə təşkil olunmuş imtahanlarda 104 435 müəllim iştirak edib: “İbtidai sinif, Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, xarici dil, biologiya, kimya, fizika, coğrafiya va informatika müəllimləri üzrə sertifikatlaşdırma prosesinin hər iki mərhələsi, tarix, təsviri incəsənət, texnologiya, musiqi va fiziki tərbiyə müəllimləri üzrə isə birinci mərhələ başa çatıb”.
Nazir əlavə edib ki, ölkə üzrə, demək olar ki, bütün müəllimlər ən azı 1 dəfə sertifikatlaşdırma prosesinə cəlb olunub. Hazırda sistemdə çalışan 5 müəllimdən biri yeni müəllimdir: “İmtahanlarda uğur qazanmış təxminən 60 818 müəllimin əməkhaqqısına 10%, yüksək nəticə göstərmiş 30 590 müəllimin əməkhaqqısına isə 35% əlavə edilib. Ümumilikdə 91 408 müəllimin əməkhaqqısına əlavələr edilib. Hər iki cəhddə uğur qazana bilməyən 9 334 müəllimin əmək müqaviləsinə xitam verilib”.
Koreyadan Naxçıvana uzanan sevgi hekayəsi - “Kababı sevir, yallı gedir”+Video
Gülnar Əliyeva
- Dərs vaxtı telefon qadağasının məqsədi... - Nazir
- Provayderlər necə fəaliyyət göstərəcək? – Yeni qanun
- Bakıda bu marşrutlar saatlarla gəlmədi – Səbəb
- Azərbaycanda 50 min manatlıq yeni cərimə...
- “Müəllimə yazıq kimi baxılmamalıdır...”
- Uşaqların sosial şəbəkələrdə qeydiyyatı ilə bağlı yeni tələblər
- Emin Ağalarovdan ev istədi, o isə saat hədiyyə etdi - Video
- Büdcə ilə bağlı qanun layihəsi III oxunuşda qəbul olundu