Dağıntılar altında 5-ci gün - Ana və 9 aylıq körpəsi xilas edildi - Video

13:33 - 29 İyun 2026 - GÜNDƏM

 Dağıntılar altında 5-ci gün - Ana və 9 aylıq körpəsi xilas edildi - Video

Venesuelada baş vermiş zəlzələnin 5-ci günü dağıntılar altından ana və 9 aylıq körpəsi xilas edilib.

BUTA.TV” xəbər verir ki, sosial şəbəkələrdə xilasetmə anının görüntüləri yayılıb. 

Məlumata görə, həm ana, həm də körpəsi yalnız yüngül xəsarətlər alıblar. 

Xatırladaq ki, Venesuelada bir-birinin ardınca baş verən 7,2 və 7,5 bal gücündə iki güclü zəlzələ ölkədə geniş dağıntılara səbəb olub. Son məlumatlara görə, təbii fəlakət nəticəsində 1430 nəfər ölüb, daha 3238 nəfər xəsarət alıb. Venesuela prezidentinin səlahiyyətlərini icra edən Delsi Rodriges axtarış-xilasetmə əməliyyatları nəticəsində 33 nəfərin dağıntılar altından sağ çıxarıldığını açıqlayıb.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol