DÇ-dən kənarlaşdılar, çarter reysləri ləğv olundu - Özləri qayıdacaqlar

19:14 - 28 İyun 2026 - GÜNDƏM

 DÇ-dən kənarlaşdılar, çarter reysləri ləğv olundu - Özləri qayıdacaqlar

Uruqvay Futbol Assosiasiyası (AUF) 2026-cı il dünya çempionatının qrup mərhələsində mübarizəni dayandıran milli komanda üçün nəzərdə tutulmuş çarter reysini ləğv edib.

BUTA.TV” Uruqvay mətbuatına istinadən xəbər verir ki, komandanın Meksikanın Playa-del-Karmen şəhərindəki bazasından Montevideoya planlaşdırılan xüsusi reysi baş tutmayacaq.

Nəticədə futbolçular və məşqçilər korpusu ölkələrinə ayrı-ayrılıqda kommersiya aviareysləri ilə qayıtmalı olacaqlar.

Qeyd edək ki, ikiqat dünya çempionu olan Uruqvay mundialda uğursuz çıxış edib. Marselo Byelsanın komandası qrup mərhələsində Səudiyyə Ərəbistanı və Kabo-Verde ilə heç-heçə edib, son turda isə İspaniyaya 0:1 hesabı ilə uduzaraq qrupu sonuncu pillədə başa vurub və pley-offa yüksələ bilməyib.

Bu xəbər hal-hazırda çox oxunur
Bakıda qanlı dava: İki ayağından bıçaqlandı

AUF çarter reysinin ləğvi ilə bağlı rəsmi səbəb açıqlamayıb. Yerli KİV-lər qərarın komandanın uğursuz çıxışından sonra verildiyini bildirirlər.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol