23 yaşlı azərbaycanlı Polşada faciəvi şəkildə öldü - Foto

07:35 - 30 İyun 2026 - GÜNDƏM

 23 yaşlı azərbaycanlı Polşada faciəvi şəkildə öldü - Foto

Azərbaycan əsilli Gürcüstan vətəndaşı Polşada faciəvi şəkildə həlak olub.

BUTA.TV” Gürcüstan mediasına istinadən xəbər verir ki, ölən şəxs Bolnisi rayonunun Kazreti qəsəbə sakini 23 yaşlı Elvar Sariyevdir.

Məlumata görə, E.Sariyev işləmək məqsədilə Polşaya gedibmiş.

Hadisə də Polşanın Bjuze kəndi yaxınlığında yerləşən eyniadlı göldə baş verib. Bildirilir ki, Elvar Sariyev dostları ilə birlikdə göldə çimərkən boğulub.

Hadisə ilə bağlı araşdırma aparılır.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol