Lerikdə maşın dərəyə aşdı: bir ailənin 4 üzvü yaralandı

18:12 - 28 İyun 2026 - GÜNDƏM

 Lerikdə maşın dərəyə aşdı: bir ailənin 4 üzvü yaralandı

Lerikdə yol-nəqliyyat qəzasında biri azyaşlı olmaqla 4 nəfər xəsarət alıb.

BUTA.TV xəbər verir ki, hadisə Lənkəran-Lerik magistralında baş verib.

Məlumata görə, Astara rayon sakini 1989-cu il təvəllüdlü Elnur İbrahim oğlu Qurbanlı idarə etdiyi "Opel" markalı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən idarəetməni itirib. Nəqliyyat vasitəsi hündürlükdən dərəyə aşıb. Dərəyə aşan avtomobil ağaca çırpılaraq dayanıb.

Qəza nəticəsində avtomobildə sərnişin qismində olanlar, sürücü və onun həyat yoldaşı 1995-ci il təvəllüdlü Aidə Mərhəmət qızı Qurbanlı, 5 yaşlı övladları N.Q, eləcə də 1989-cu il təvəllüdlü Rəvanə Baba qızı Əliyeva xəsarət alıblar. Onlar ətrafdakıların köməyi ilə nəqliyyat vasitəsindən çıxarılıblar.

Bu xəbər hal-hazırda çox oxunur
Bakıda qadın ərini baltaladı

İlkin ehtimala görə qəza səbəb yağışlı hava şəraiti olub.

Faktla bağlı araşdırma aparılır.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol