Özünə və bacısına məxsus mənzillər sökülsə də, yerində tikilən binadan onlara ev verilməyib.
BUTA.TV xəbər verir ki, Xəzər TV-nin qaynar xəttinə müraciət edən Nəsimi rayon sakini Səməd Mədətov "Pilot İnşaat-A" MTK-nın onu və bacısını evsiz qoyduğunu iddia edib.
Onun sözlərinə görə, sökülən mənzillərin əvəzinə yeni binadan onlara 72 və 145 kvadratmetr sahəsi olan mənzillər vəd verilib. Lakin sonradan həmin mənzillər başqalarına satılıb.
Səməd Mədətov deyir ki, hadisə ilə bağlı Nəsimi rayon məhkəməsinə də müraciət edib.
Koreyadan Naxçıvana uzanan sevgi hekayəsi - “Kababı sevir, yallı gedir”+Video
O, iddia edir ki, sözügedən MTK-nı məhkəyə verdiyi üçün şirkət tərəfindən onlara verilməli olan kirayə pulu da 3 ildir ödənilmir.
Məhkəmə tərəfindən xeyrinə qərar çıxarıldığı halda əmlakını geri ala bilmədiyi deyən vətəndaş hazırda icraçı orqan kimi Ədliyyə Nazirliyinə müraciət edəcəyini bildirir.
- Qarabağla bağlı yeni fond yaradılır
- "Birbank"dan taksit kart: İlk taksit ödənişinizə 50 bonus...
- Bu şəxslərə 3 il müavinət ödəniləcək
- Nazir onu idarə rəisi təyin etdi
- Bununla bağlı cəzalar sərtləşdirilir: 5 ilədək həbs...
- İyulun ilk günü hava necə olacaq?
- Bu yolda hərəkət qismən məhdudlaşdırılır - 5 gün...
- Dərs vaxtı telefon qadağasının məqsədi... - Nazir