Elm və təhsil naziri Emin Əmrullayev şagirdlərin dərs vaxtı mobil telefondan və elektron cihazlardan istifadə etməsinin qadağan olunması ilə bağlı qərarı şərh edib.
BUTA.TV APA-ya istinadla xəbər verir ki, nazir məktəblərdə mobil telefonlardan istifadə ilə bağlı qaydaların tətbiqinin əsas məqsədinin tədris prosesinin pozulmasının qarşısını almaq olduğunu bildirib.
Onun sözlərinə görə, dərs zamanı şagirdlərin mobil telefondan danışmaq, oyun oynamaq və ya digər məqsədlərlə istifadə etməsi təlim prosesinə mənfi təsir göstərir, buna görə də bu sahədə vahid qaydaların tətbiqinə ehtiyac var.
O qeyd edib ki, şagirdlərin məktəbə telefon gətirməsi qadağan edilmir, lakin dərs müddətində telefonlardan istifadə yolverilməzdir və onlar müəyyən edilmiş qaydalara uyğun saxlanılmalıdır.
Koreyadan Naxçıvana uzanan sevgi hekayəsi - “Kababı sevir, yallı gedir”+Video
Emin Əmrullayev vurğulayıb ki, yalnız fövqəladə və ya təxirəsalınmaz hallarda istisnalar mümkündür.
Nazir əlavə edib ki, məqsəd telefonların məktəbə gətirilməsinin qarşısını almaq deyil, dərs vaxtı onlardan istifadənin tədris prosesinə mane olmasının qarşısını almaqdır.
- Bakıda bu 2 avtobus yeniləndi: Gediş haqqı...
- Yeni peşə təhsili ixtisasları yaradıldı
- İtkin şəxslərin axtarışı üçün yeraltı radarlar alınacaq
- “Universitet mənim üçün çox da vacib deyil...” - Videomüsahibə
- Ərzaq bazarında təhlükə siqnalı: Yeni qiymət artımları gözlənilir
- Göyçayda maşın su kanalına düşdü - Video
- Qarabağla bağlı yeni fond yaradılır
- Bu şəxslərə 3 il müavinət ödəniləcək