“Son dövrlərdə Azərbaycan bazarında bəzi ərzaq məhsullarının qiymətində artım müşahidə olunur. Xüsusilə ət və ət məhsulları, kərə yağı, bitki yağları, bəzi süd məhsulları, qəhvə, kakao məhsulları, meyvə-tərəvəz və mövsümi kənd təsərrüfatı məhsullarında bahalaşma daha nəzərəçarpandır”.
Bu sözləri açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib. Onun sözlərinə görə,mövsümdəm asılı olaraq kartof, soğan, pomidor və xiyar kimi məhsulların qiymətlərində də dəyişikliklər baş verir:
“Bahalaşmanın əsas səbəbləri sırasında qlobal ərzaq bazarlarında qiymət dəyişiklikləri, istehsal xərclərinin artması, logistika və daşınma xərclərinin yüksəlməsi, əlverişsiz hava şəraiti, kənd təsərrüfatında məhsuldarlığın azalması və milli valyuta ilə idxal olunan məhsulların maya dəyərinin dəyişməsi yer alır. Bəzi məhsullar üzrə dünya bazarında qiymət artımı daxili bazara da birbaşa təsir göstərir. pizza hut
Koreyadan Naxçıvana uzanan sevgi hekayəsi - “Kababı sevir, yallı gedir”+Video
İdxaldan asılılıq qiymətlərin formalaşmasına ciddi təsir edən amillərdən biridir. Azərbaycan bir sıra ərzaq məhsulları, xüsusilə bitki yağları, şəkər xammalı, qəhvə, çay və bəzi süd məhsulları üzrə idxaldan müəyyən dərəcədə asılıdır. Xarici bazarlarda qiymət artımı, valyuta məzənnələri və nəqliyyat xərcləri yüksəldikdə bu, daxili bazarda da qiymətlərin artmasına səbəb ola bilir.
Dövlət qiymət artımının təsirlərini azaltmaq üçün yerli istehsalın stimullaşdırılması, kənd təsərrüfatına subsidiyaların artırılması, logistika infrastrukturunun inkişaf etdirilməsi, bazarda sağlam rəqabətin təmin edilməsi, inhisarçılıq hallarına qarşı nəzarətin gücləndirilməsi və strateji ərzaq ehtiyatlarının səmərəli idarə olunması istiqamətində addımlar ata bilər. Eyni zamanda, məhsuldarlığın artırılmasına yönəlmiş investisiyalar uzunmüddətli dövrdə qiymət sabitliyinə müsbət təsir göstərə bilər.
Ekspert qeyd edib ki, yaxın dövrdə mövsümi amillərin təsiri ilə bəzi meyvə və tərəvəzlərin qiymətində azalma baş verə bilər:
“Lakin hava şəraitinin əlverişsiz keçməsi və ya məhsul itkisi yaranarsa, pomidor, xiyar, kartof, soğan və digər tərəvəzlərin qiymətlərində yenidən artım müşahidə oluna bilər. Qlobal bazarlardan asılı məhsullar, xüsusilə qəhvə, kakao, bitki yağları və bəzi süd məhsulları üzrə isə dünya qiymətlərindəki dəyişikliklərdən asılı olaraq bahalaşma riski qalmaqdadır. Uzunmüddətli perspektivdə qiymət dinamikası həm daxili istehsalın həcmi, həm də beynəlxalq bazarlardakı vəziyyətdən asılı olacaq”.
- İtkin şəxslərin axtarışı üçün yeraltı radarlar alınacaq
- “Universitet mənim üçün çox da vacib deyil...” - Videomüsahibə
- Ərzaq bazarında təhlükə siqnalı: Yeni qiymət artımları gözlənilir
- Göyçayda maşın su kanalına düşdü - Video
- Qarabağla bağlı yeni fond yaradılır
- Bu şəxslərə 3 il müavinət ödəniləcək
- Nazir onu idarə rəisi təyin etdi
- Bununla bağlı cəzalar sərtləşdirilir: 5 ilədək həbs...