Peskov: Rusiya xaricdən yanacaq alacaq

17:27 - 30 İyun 2026 - GÜNDƏM

 Peskov: Rusiya xaricdən yanacaq alacaq

Rusiya neft məhsullarının idxalı ilə bağlı danışıqlar aparır.

BUTA.TV xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

O bildirib ki, tərəflər məqbul qiymətlər barədə razılığa gələrsə, Moskva xaricdən yanacaq almağa hazırdır:

“Əlaqələr qurulur. Məqbul qiymətlər barədə razılıq əldə olunarsa, bu, baş verəcək. Bu, bazarı sabitləşdirmək üçün daha bir addım olacaq və məqsədi tələbatdakı artımı azaltmağa yönəlib”.

Bu xəbər hal-hazırda çox oxunur
“Müəllimə yazıq kimi baxılmamalıdır...”

Lakin Peskov hansı ölkələrlə danışıqlar aparıldığını dəqiqləşdirməyib.

Qeyd edək ki, Ukrayna Rusiyadakı neft emalı zavodlarına ardıcıl zərbələr endirdiyi üçün ölkədə yanacaq çatışmazlığı yaranıb.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol