Ötən gün paytaxtın Nəsimi rayonu, Mir Cəlal küçəsində keçmiş həyat yoldaşı 44 yaşlı Amalya Qəhrəmanovanı ov tüfəngi ilə güllələyərək öldürməkdə şübhəli bilinən 43 yaşlı Zaur Qəhrəmanovun vəziyyəti açıqlanıb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) “BUTA.TV”nun sorğusuna cavab olaraq bildirilib ki, Zaur Qəhrəmanovun müalicəsi Reanimasiya şöbəsində davam etdirilir.
“Gözün dağılmış yarası və kəllədaxili travma diaqnozları təyin edilən pasiyentin vəziyyəti ağır qiymətləndirilir”, - məlumatda qeyd edilib.
Lamiyə Məmmədova
- Qumar oyunları ilə bağlı cəzalar sərtləşdirilir
- Qaradağda yeni avtomobil körpüləri tikilir
- Təhsil TV-yə yeni direktor təyin edildi - Foto
- “Bolt” sürücüləri sərnişinlərdən artıq ödəniş tələb edir
- Mülki PUA-lara nəzarət olacaq
- Mopedlərə texniki baxış və sürücülük vəsiqəsi ilə əlaqədar rüsüm...
- Yeni dövlət rüsumları üçüncü oxunuşdan keçdi
- Hesablama Palatasına yeni səlahiyyət verilir