Ötən həftə Tunis sahillərində miqrantları daşıyan qayığın aşması nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb.
BUTA.TV "Röyters"ə istinadən xəbər verir ki, Tunis hakimiyyəti itkin düşmüş hesab edilən sonuncu miqrantların meyitlərini aşkar edib.
Tunis İnsan Hüquqları Müşahidə Mərkəzinin məlumatına görə, qayıqda əsasən gənclər, o cümlədən bir ailənin 7 üzvü, həmçinin bir kişi və onun hamilə həyat yoldaşı olub.
Daha əvvəl sahil mühafizəsi 11 tunisli miqrantın meyitinin tapıldığı barədə məlumat yayıb. Bir nəfər xilas edilib.
“Evimi məcbur “İrşad”ın departament rəhbərinin adına rəsmiləşdirdim”
Tunis Milli Qvardiyasından bildirilib ki, axtarış-xilasetmə əməliyyatı başa çatıb və ölənlərin meyitləri ailələrinə təhvil verilib.
- Trampdan şok: Bu okeanların adı dəyişdirilə bilər!
- Sentyabrda sülh danışıqları olacaq? - Kremldən açıqlama
- Tunis sahilində miqrant qayığı batdı: 14 nəfər öldü
- Pezeşkian: İran və Qətər əməkdaşlığı bərpa edə bilər
- “Barselona” “Sabah”a rəqib oldu - Bakıya gələcək-Video-Yenilənib
- İƏT-in yeni baş katibi seçildi
- Azərbaycanlıların olduğu gəmi dronla vuruldu
- Kiyevdə partlayış baş verdi