Mopedlərə texniki baxış və sürücülük vəsiqəsi ilə əlaqədar dövlət rüsumları müəyyənləşir.
BUTA.TV xəbər verir ki, bununla bağlı Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, mopedlərin texniki baxışdan keçirilməsinə görə 15 manat, qeydiyyatına görə 10 manat, dövlət qeydiyyat nişanlarının verilməsinə görə 15 manat, mopedlərin idarə olunmasına sürücülük vəsiqəsinin verilməsi üçün imtahanların qəbuluna görə 40 manat, mopedlərin idarə olunmasına sürücülük vəsiqəsinin alınması üçün imtahanların təkrar qəbula görə 20 manat rüsum ödənilməsi təklif edilir.
Həmçinin, layihəyə əsasən, moped üçün sürücülük vəsiqəsinin verilməsi və ya sürücülük vəsiqəsinin dəyişdirilməsi və qeydiyyat şəhadətnaməsinin verilməsi üçün ayrılıqda 30 manat rüsum müəyyən edilir.
Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.
- Bu məhsullar gömrük rüsumundan azad edilir
- Sürücü dolu avtobusu qoyub skamyada siqaret çəkdi - Video
- Qumar oyunları ilə bağlı cəzalar sərtləşdirilir
- Qaradağda yeni avtomobil körpüləri tikilir
- Təhsil TV-yə yeni direktor təyin edildi - Foto
- “Bolt” sürücüləri sərnişinlərdən artıq ödəniş tələb edir
- Mülki PUA-lara nəzarət olacaq
- Mopedlərə texniki baxış və sürücülük vəsiqəsi ilə əlaqədar rüsüm...