Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri bu ilin birinci yarımilində proqnozla müqayisədə 5 faiz və ya 197 milyon manat çox olmaqla 4 milyard 295 milyon manat təşkil edib.
BUTA.TV xəbər verir ki, fondun gəlirləri tərkibində məcburi dövlət sosial sığorta daxilolmaları proqnoza nisbətən 6 faiz və ya 199 milyon manat artaraq 3 milyard 432 milyon manat olub.
Yanvar-iyun aylarında DSMF-nin xərcləri isə 4 milyard 124 milyon manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 10 faiz və ya 380 milyon manat çoxdur.
- Kapital Bank istiqrazlarına abunə yazılışı başladı
- General yüksək vəzifəyə təyin edildi - Foto
- Süni intellekt üçün internet Bakcelldən
- Bakıda beynəlxalq konfrans keçiriləcək
- Kəlbəcərdə otlaq sahədə mina partladı
- Simonyanın torbasını tikənlər - Aralarında müavini də var
- Sabah 38 dərəcə isti olacaq
- DSMF-nin xərcləri birinci yarımildə artaraq, bu qədər oldu