Bakı-Şamaxı avtomobil yolunun bir hissəsində asfalt qatı çöküb.
BUTA.TV xəbər verir ki, bu barədə Oxu.az-ın qaynar xəttinə məlumat daxil olub.
Vətəndaşların sözlərinə görə, çökmə sözügedən yolda Bakı istiqamətində qeydə alınıb:
"Bakı-Şamaxı yolunda Cəngi kəndindən üzü Bakı istiqamətində yolun bir hissəsi çöküb. Bu hal sürücülərin hərəkətinə çətinlik və təhlükə yaradır. Məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət etmişik".
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Anar Nəcəfli bildirib ki, ötən gün yolda baş verən çökmə barədə məlumat daxil olduqdan dərhal sonra əraziyə texnika və əməkdaşlar cəlb olunublar:
"Təhlükəsizliyin təmin edilməsi məqsədilə çökmüş hissədə bərpa işləri aparılıb və hərəkət qısa müddətdə təhlükəsiz şəkildə təşkil edilib. Hazırda hadisənin başvermə səbəbləri araşdırılır".
- Prezidentlər işğal dövründə güllələnmiş büstlərə baxdılar
- Expressbank Xankəndi şəhərinə mediatur təşkil edib
- 10 il milli komandada işləyən həkim ginekoloq imiş...
- TuranBank beynəlxalq fondlardan yerli valyutada vəsait cəlb edib
- “Azərbaycandan qayıdandan sonra işlərim daha yaxşı gedib”
- Ağdamda məktəb Slovakiya Milli Qəhrəmanının adını daşıyacaq
- Media və Yayım Şurası yaradılır - Son oxunuş
- MM-in növbədənkənar sessiyasının son iclası başladı