Lisey və gimnaziyalara müraciət müddəti uzadıldı

10:36 - 14 İyul 2026 - GÜNDƏM

 Lisey və gimnaziyalara müraciət müddəti uzadıldı

Lisey və gimnaziyalara müraciət müddəti 1 gün uzadılıb.

Bu barədə BUTA.TV-a Təhsil İnstitutundan məlumat verilib.

Bildirilib ki, namizədlər 15 iyul saat 12:00-dək müraciət edə bilərlər. Seçim prosesi başa çatdıqdan sonra şagirdlərin topladıqları ballara uyğun şəkildə yerləşdirilməsi aparılacaq və qəbul nəticələri elan ediləcək. Avqust ayının birinci yarısında yerdəyişmə sistemi aktivləşdirildikdən sonra qəbul olunan şagirdlər üçün avtomatik sorğular yaradılacaq və sənəd qəbulu prosesinə başlanılacaq. Lisey və gimnaziya seçimləri şəxsi kabinetlərdə yerləşən "İmtahanlar" bölməsinin "Lisey seçimi" hissəsi vasitəsilə həyata keçirilir. Bu mərhələdə namizədlər maksimum 3 lisey seçə bilərlər.

Seçimdə 3 lisey qeyd etmək məcburi xarakter daşımır. Şagird və valideynlərə yalnız təhsil almağı planlaşdırdıqları lisey və ya gimnaziyanı seçmək tövsiyə edilir.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol