TRT-nin Azərbaycan nümayəndəliyinə yeni rəhbər təyin edildi

19:48 - 14 İyul 2026 - GÜNDƏM

 TRT-nin Azərbaycan nümayəndəliyinə yeni rəhbər təyin edildi

Türkiyənin dövlət televiziya və radio qurumu TRT-nin Azərbaycan nümayəndəliyində rəhbər dəyişikliyi baş verib.

BUTA.TV xəbər verir ki, Sefa Burak Bozyel TRT-nin Azərbaycandakı nümayəndəliyinin yeni rəhbəri təyin olunub.

O bu təyinata qədər "TRT Haber"in koordinator müavini vəzifəsində çalışıb. Yeni təyinatla fəaliyyətini Bakı şəhərində davam etdirəcək.

Xatırladaq ki, TRT-nin Azərbaycan nümayəndəliyinə bundan əvvəl Murad Akkoç rəhbərlik edirdi.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol