Yaxın günlərdə Bakı–Tiflis–Bakı marşrutu üzrə növbəti əlavə vaqonların istismara verilməsi üçün Azərbaycan Dəmir Yolları QSC (ADY) Gürcüstan tərəf ilə zəruri texniki və əməliyyat işləri aparır.
Bu barədə BUTA.TV-a səhmdar cəmiyyətindən bildirilib.
Məlumata əsasən, ADY Bakı–Tiflis–Bakı marşrutu üzrə biletlərin satış dinamikasını, vaqonların doluluq səviyyəsini və sərnişin axınını mütəmadi olaraq təhlil edir:
"Bu təhlillərin nəticələrinə uyğun olaraq qatarların tərkibinin genişləndirilməsi və ya əlavə vaqonların istismara verilməsi və sərnişinlər üçün yeni imkanların yaradılması istiqamətində tədbirlər görülür. Bu proses Azərbaycan və Gürcüstan tərəflərinin texniki və əməliyyat hazırlığı, sərhəd və gömrük prosedurları, qatarın hərəkət qrafiki, stansiyaların imkanları və marşrut üzrə təhlükəsizlik tələbləri nəzərə alınmaqla həyata keçirilir, qarşı tərəflə zəruri razılaşdırmaların aparılması və bütün əməliyyat proseslərinin uyğunlaşdırılması tələb olunur. Bu səbəblərdən sərnişin yerlərinin sayı planlı və mərhələli şəkildə artırılır. ADY sərnişin tələbatını təhlil etməyə, mövcud resursları səmərəli şəkildə səfərbər etməyə və Bakı–Tiflis–Bakı marşrutunun imkanlarını mərhələli şəkildə artırmağa davam edəcək".
- Türkiyədə əməliyyat: Azərbaycan vətəndaşı saxlanıldı
- DİM bu imtahanın nəticələrini elan etdi
- Oğlunu şəhid verən ana qızına həyat verdi
- DOST xidmətləri artıq İmişlidə
- 8 prokurorluq əməkdaşı məsuliyyətə cəlb olundu
- Fuad Nağıyev sabiq məmuru Qubaya rəis təyin etdi
- Xətai rayonunda dəniz mənzərəli hazır mənzil haradan almaq olar?
- Qohumunun evinə qonaq getdi, oğurluq etdi