8 prokurorluq əməkdaşı məsuliyyətə cəlb olundu

16:51 - 24 İyul 2026 - GÜNDƏM

 8 prokurorluq əməkdaşı məsuliyyətə cəlb olundu

Baş Prokurorluqda bu ilin birinci yarısında aparılmış xidməti yoxlamalar nəticəsində müxtəlif növ intizam xətalarına yol verdikləri üçün 8 prokurorluq əməkdaşı intizam məsuliyyətinə cəlb olunub.

BUTA.TV xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prokurorluğu orqanlarında 2026-cı ilin birinci yarısında görülmüş işlərin yekunlarına dair geniş kollegiya iclasında qeyd olunub

Bildirilib ki, onlardan 6-na töhmət və ya şiddətli töhmət elan edilib, 2 nəfər tutduğu vəzifədən azad olunub.

Həmçinin diqqətə çatdırılıb ki, hesabat dövründə kadr işinin düzgün təşkili və onun müasir tələblərə uyğun şəkildə təkmilləşdirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilib, nümunəvi fəaliyyətlərinə görə 110 prokurorluq işçisi həvəsləndirilmiş, eyni zamanda işə qəbul olunmaq istəyən şəxslər üçün ötən yarımildə 30 ştat vahidi üzrə 28-ci növbəti müsabiqə elan edilib.

Bu xəbər hal-hazırda çox oxunur
Qapılar açılmadı... - Fotolar

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol