Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistan İslam Respublikasının Silahlı Qüvvələrinin Quru Qoşunlarının Komandanı – Müdafiə Qüvvələrinin rəisi Feldmarşal Seyid Asim Munirə başsağlığı ünvanlayıb.
BUTA.TV xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Başsağlığında deyilir:
"Pakistanın şimal-qərbində yerləşən Hayber-Paxtunxva əyalətinin Tank rayonunda təhlükəsizlik qüvvələrinin postuna partlayıcı ilə yüklənmiş avtomobillə edilən hücum nəticəsində 12-si hərbçi olmaqla ümumilikdə 14 nəfərin həlak olması və 24 nəfərin yaralanması barədə xəbər məni dərindən kədərləndirdi.
Baş vermiş partlayış hadisəsi nəticəsində həlak olanlara rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm. Yaralananlara isə tezliklə sağalmaları üçün Allahdan şəfa diləyirəm. Allah rəhmət eləsin”.
- Dənizdə batma təhlükəsi ilə üzləşən şəxs xilas edildi
- Cəlilabadda park tikintisində nələr tapıldı?
- Axtarılan 12 yaşlı qız bıçaq yarasından öldü
- Şuşa-Xankəndi yolunda avtomobil dərəyə aşdı
- Tamerlan Qarayev geri çağırılır?
- Həyətlərindən yaralı halda tapılan qız xəstəxanada öldü
- Diplomatik xidmətə qəbul imtahanının nəticələri açıqlandı
- Şəhid anası böyrəyini qızına bağışladı - Fotolar