Həyətlərindən yaralı halda tapılan qız xəstəxanada öldü

22:27 - 24 İyul 2026 - KRİMİNAL

 Həyətlərindən yaralı halda tapılan qız xəstəxanada öldü

Şəmkirdə bıçaq xəsarəti alan yeniyetmə qız xəstəxanada ölüb.

BUTA.TV APA-ya istinadla xəbər verir ki, rayonun Mahmudlu kənd sakini 2014-cü il təvəllüdlü Ə.Namazova ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Göstərilən tibbi yardımlara baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

İlkin məlumata görə qızın valideynləri onun bu gün itkin düşməsi ilə bağlı polisə müraciət ediblər.

Lakin bundan bir qədər sonra yeniyetmə öz həyətyanı sahələrindən yaralanmış şəkildə tapılıb.

Hazırda hadisənin baş vermə səbəbləri polis əməkdaşları tərəfindən araşdırılır.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol