Azərbaycanın Litvadakı fövqəladə və səlahiyyətli səfiri Tamerlan Qarayevin vəzifəsindən geri çağırılacağına dair məlumatlar yayılıb.
BUTA.TV Savaşmedia-ya istinadla xəbər verir ki, 74 yaşlı Tamerlan Qarayevin yaxın vaxtlarda təqaüdə göndərilməsi gözlənilir.
Uzun illər diplomatik xidmətdə çalışan Qarayevin vəzifədən ayrılması onun şəxsi istəyi əsasında həyata keçiriləcək. İddialara görə, təcrübəli diplomat artıq diplomatik fəaliyyətini başa vurmaq və təqaüdə çıxmaq niyyətini rəhbərliyə çatdırıb.
Xatırladaq ki, Tamerlan Qarayev 2018-ci ildən Azərbaycanın Litvadakı səfiri kimi fəaliyyət göstərir. Bundan əvvəl isə Çin, Hindistan, İndoneziya, Filippin, Sinqapur və Timor-Leste də daxil olmaqla bir sıra ölkələrdə Azərbaycanın səfiri olub. Onun diplomatik fəaliyyəti ümumilikdə 30 ildən artıq dövrü əhatə edir.
Məlumat üçün bildirək ki, Azərbaycanda səfirlər üçün qanunvericilikdə konkret yaş məhdudiyyəti nəzərdə tutulmasa da, son illər diplomatik korpusda kadrların yenilənməsi prosesi müşahidə olunur. Xüsusilə uzun müddət müxtəlif ölkələrdə fəaliyyət göstərən və yaş həddi yüksək olan diplomatların geri çağırılması praktikası tətbiq edilir.
- Dənizdə batma təhlükəsi ilə üzləşən şəxs xilas edildi
- Cəlilabadda park tikintisində nələr tapıldı?
- Şuşa-Xankəndi yolunda avtomobil dərəyə aşdı
- Tamerlan Qarayev geri çağırılır?
- Həyətlərindən yaralı halda tapılan qız xəstəxanada öldü
- Diplomatik xidmətə qəbul imtahanının nəticələri açıqlandı
- Şəhid anası böyrəyini qızına bağışladı - Fotolar
- Bakıda Oktyabr küçəsi - Sovet ənənəsini yaşadırıq?