Onların şərabı erməni şərabından daha yaxşıdır - Volodin

15:21 - 26 Avqust 2026 - GÜNDƏM

 Onların şərabı erməni şərabından daha yaxşıdır - Volodin

Ermənistanın Avrasiya İqtisadi İttifaqının imkanlarından istifadə edərək Avropa Birliyinə qoşulmaq niyyətini bəyan etmək siyasəti kinayəlidir.

BUTA.TV xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin deyib.

“İstərdim ki, Ermənistan yalançı siyasət yürütməyi dayandırsın, çünki əgər İrəvan Avropa Birliyinə qoşulmaq niyyəti haqqında qanun qəbul edirsə, onda niyə Aİİ-nin imkanlarından istifadə edirsiniz? Niyə üzvlərini aldadırsınız? Bu, kinayəlidir, səhvdir. Sadəcə deyin: AB-yə gedirsiniz? Gedin. Amma onda burada üstünlüklər əldə etmək lazım deyil", - Volodin bildirib.

Volodinin sözlərinə görə, Ermənistan məhsullarının təxminən 90%-ni Rusiya alır:

Bu xəbər hal-hazırda çox oxunur
Bu gün “Sabah”dır! - Fotolar

“Rusiya bazarı digər ölkələrdən də oxşar kənd təsərrüfatı məhsulları ala bilər. Rusiyaya satmaq istəyənlər çoxdur. Sanksiyalara baxmayaraq, Fransa, İtaliya satmaq istəyir. Keyfiyyət baxımından düşünürəm ki, onların şərabları Ermənistan şərabından daha yaxşıdır. Eyni şey meyvələrə də aiddir. Türkiyə, Gürcüstan, Tacikistan, Qırğızıstan, Özbəkistan — hər kəs meyvə-tərəvəz məhsullarını ölkəmizdə satmaq istəyir. Lakin Avrasiya İqtisadi İttifaqının üzvü olan Ermənistan üçün üstünlüklər var. Burada söhbət dürüstlük və vicdandan gedir”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol