Xəzər dənizi geri çəkildi, yeni ada yarandı - Foto

15:51 - 26 Avqust 2026 - GÜNDƏM

 Xəzər dənizi geri çəkildi, yeni ada yarandı - Foto

Xəzər dənizində suyun səviyyəsinin aşağı düşməsi nəticəsində Qazaxıstanın Manqistau vilayəti sahillərində yeni ada yaranıb.

BUTA.TV Teleqraf-a istinadla xəbər verir ki, Qazaxıstan mediasında yerli mütəxəssislərin “Rıbaçiy” adlandırdığı adanın görüntüləri yayılıb.

Yeni ada Xəzərin şimal hissəsində, Svyatoy adasının şərqində, Manqistau vilayətinin Bautino kəndindən təxminən 30 kilometr məsafədə yerləşir.

“Qazaq balyk” Balıqçılıq və Akvakultura Assosiasiyasının regional filialının direktoru, ekoloji ekspert Daniyar Akimjanovun sözlərinə görə, dəniz suyunun çəkilməsi səbəbindən son 4-5 il ərzində kiçik adaların sayı artıb:

Bu xəbər hal-hazırda çox oxunur
Bu gün “Sabah”dır! - Fotolar

“Bu ərazidə Kulalı, Morskoy, Svyatoy, Podqornıy, Üşaral, Dolqiy və digər adalar yerləşir. Bundan əlavə, belə kiçik adaların sayı da artır”.

Ekoloq yeni adaya ekspedisiya təşkil edib. Araşdırma zamanı məlum olub ki, ərazidə vəhşi heyvanlar da məskunlaşmağa başlayıb. Burada canavar, qaban və porsuqla rastlaşmaq mümkündür. Sahilyanı ərazi isə balıqlar və quşlar üçün yaşayış mühitinə çevrilib.

Mütəxəssislər Xəzər dənizində suyun səviyyəsinin dəyişməsinin regionun təbii landşaftına təsir göstərməsindən narahatlıq ifadə ediblər.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol