Bu ölkələr Ukraynaya HHM sistemləri verir - Razılaşma

16:51 - 26 Avqust 2026 - GÜNDƏM

 Bu ölkələr Ukraynaya HHM sistemləri verir - Razılaşma

İtaliya və Fransa Ukraynaya dörd ədəd SAMP-T hava hücumundan müdafiə sistemi tədarük etmək və Ukraynaya “Aster 30” raketlərini istehsal etməyə icazə vermək barədə razılığa gəlib.

BUTA.TV xəbər verir ki, bu barədə İtaliyanın “La Repubblica” qəzeti yazıb.

“Hazırlanmaqda olan və oktyabr ayında təsdiqlənməsi gözlənilən İtaliyanın Ukraynaya 13-cü hərbi yardım paketinə İtaliya arsenallarından “Aster 30” raketləri, həmçinin “Kronos” radarları və İtaliyada istehsal olunan SAMP-T komponentləri daxil ediləcək. Yeni sistemlərin hamısının gələn ilin əvvəlinədək Ukraynaya çatdırılması planlaşdırılır.

Ukrayna Silahlı Qüvvələrində artıq iki SAMP-T sistemi var və arsenalların tükənməsi səbəbindən 2025-ci ilin yayından bəri sursatla təmin edilməyib”, - məlumatda bildirilib.

Bu xəbər hal-hazırda çox oxunur
Bu gün “Sabah”dır! - Fotolar

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol