30 abituriyent 600-dən çox bal topladı - Qəbul ola bilmədi

13:47 - 27 Avqust 2026 - GÜNDƏM

 30 abituriyent 600-dən çox bal topladı - Qəbul ola bilmədi

Builki imtahanlarda iştirak edərək 600-dən çox bal toplayan 30 abituriyent ali məktəbə qəbul olunmayıb.

BUTA.TV” xəbər verir ki, bu barədə DİM-in nəşr etdiyi “Abituriyent” jurnalının 7-ci sayında məlumat qeyd edilib.

Bu abituriyentlərin hamısı IV ixtisas qrupu üzrə imtahanlarda iştirak edənlərdir.

Digər qruplarda 600-dən çox balla müsabiqədən kənarda qalan abituriyentlər yoxdur. 

Qeyd edək ki, bu il IV qrupda ATU-nun Tibb fakültəsinə keçid balı 692 bal (ingilis dilində tədris) və 638 bal (Azərbaycan dilində tədris) olub.

Gülnar Əliyeva


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol