Bu gün UEFA Çempionlar Liqasında 2026/27 mövsümünün Liqa mərhələsinin püşkatma mərasimi keçiriləcək.
“BUTA.TV” xəbər verir ki, Monakoda baş tutacaq mərasim Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Liqa mərhələsinin 36 iştirakçısı 4 səbətə bölünüb. Azərbaycan çempionu “Sabah” 4-cü səbətdə yer alıb.
Hər komandanın 8 fərqli rəqibi olacaq. Azərbaycan çempionu 4 oyunu evdə, 4 oyunu isə səfərdə keçirəcək.
“Evimi məcbur “İrşad”ın departament rəhbərinin adına rəsmiləşdirdim”
1-ci səbət
PSJ (Fransa)
“Bavariya” (Almaniya)
“Real” Madrid (İspaniya)
“Liverpul” (İngiltərə)
“İnter” (İtaliya)
“Mançester Siti” (İngiltərə)
“Arsenal” (İngiltərə)
“Barselona” (İspaniya)
“Atletiko” Madrid (İspaniya)
2-ci səbət
“Borussiya” Dortmund (Almaniya)
“Roma” (İtaliya)
“Sportinq” (Portuqaliya)
“Aston Villa” (İngiltərə)
“Portu” (Portuqaliya)
“Mançester Yunayted” (İngiltərə)
“Brügge” (Belçika)
“Betis” (İspaniya)
PSV (Niderland)
3-cü səbət
“Feyenoord” (Niderland)
“Lill” (Fransa)
“Budyo-Qlimt” (Norveç)
“Napoli” (İtaliya)
“Leyptsiq” (Almaniya)
“Vilyarreal” (İspaniya)
“Fənərbaxça” (Türkiyə)
“Şaxtyor” (Ukrayna)
“Qalatasaray” (Türkiyə)
4-cü səbət
“Slaviya” Praqa (Çexiya)
“Slovan” Bratislava (Slovakiya)
“Ştutqart” (Almaniya)
AEK (Yunanıstan)
LASK (Avstriya)
“Komo” (İtaliya)
“Lans” (Fransa)
“Vikinq” (Norveç)
“Sabah” (Azərbaycan)
Qeyd edək ki, liqa mərhələsinin oyunlarına sentyabrın 8-i start veriləcək.
Çempionlar Liqasının Liqa mərhələsinin tam təqvimi, oyunların tarixləri və başlama saatları isə avqustun 29-dan gec olmayaraq açıqlanacaq.
***
Püşkatma mərasimi başlayıb:
***
“Sabah”ın doğma meydanda ilk rəqibi Kataloniya klubu “Barselona” oldu.
***
“Sabah”ın səfərdəki növbəti rəqibi “Arsenal” oldu.
***
“Sabah”ın doğma meydandakı üçüncü rəqibi “Borussiya” (Dortmund) oldu.
***
“Sabah”ın səfərdəki dördüncü rəqibi daha bir İngiltərə təmsilçisi “Mançester Yunayted” oldu.
***
“Sabah”ın səfərdəki beşinci rəqibi “Vilyarreal” oldu.
***
“Sabah”ın doğma meydandakı altıncı rəqibi “Napoli” oldu.
***
“Sabah”ın doğma meydandakı yeddinci rəqibi “Slavia Praqa” oldu.
***
“Sabah”ın səfərdəki səkkizinci rəqibi “Vikinq” oldu
***
Püşkatma mərasimi başa çatdı.
- Sentyabrda sülh danışıqları olacaq? - Kremldən açıqlama
- Tunis sahilində miqrant qayığı batdı: 14 nəfər öldü
- Pezeşkian: İran və Qətər əməkdaşlığı bərpa edə bilər
- “Barselona” “Sabah”a rəqib oldu - Bakıya gələcək-Video-Yenilənib
- İƏT-in yeni baş katibi seçildi
- Azərbaycanlıların olduğu gəmi dronla vuruldu
- Kiyevdə partlayış baş verdi
- “Qarabağ”ın matçı 15 dəqiqə gec başladı - Yenilənib