Tiflsidə 15 yaşlı azərbaycanlının meyiti tapıldı - Foto

16:00 - 28 Avqust 2026 - GÜNDƏM

 Tiflsidə 15 yaşlı azərbaycanlının meyiti tapıldı - Foto

Altı günlük axtarışdan sonra Tiflisdə su anbarında itkin düşən 15 yaşlı Umut Sofiyevin meyiti tapılıb.

BUTA.TV xəbər verir ki, bu barədə Gürcüstanın Fövqəladə Halların İdarə Edilməsi Xidməti məlumat yayıb.

Bildirilib ki, itkin düşən yeniyetmənin meyiti xilasedici dalğıclar tərəfindən suyun 30 metr dərinliyində aşkarlanıb.

Xatırladaq ki, Qardabani bələdiyyəsinin Qaracalar kənd sakini, 15 yaşlı Umut Sofiyev avqustun 23-də su anbarında boğulub.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol