Rusiya işğalçıları hava şəraiti pisləşməzdən əvvəl şəhər ərazilərinə çatmaq üçün şərqdə sürətlə irəliləməyə çalışırlar.
BUTA.TV xəbər verir ki, bu fikri ukraynalı hərbi ekspert Sergey Qrabski deyib.
"Onlar çox yaxşı başa düşürlər ki, əvvəlcə yaşıllıqlar töküləcək və bu da açıq ərazidə hərəkət etməyi çox çətinləşdirəcək. Sonra qar yağacaq, hər bir izi ortaya çıxaracaq və hərəkətləri dərhal göstərəcək. İndi maksimum irəliləyiş üçün ideal vaxtdır, çünki soyuq hava və payız yağışlarından sonra yaranacaq bataqlıqlar onların varlığını hiss etdirəcək. Buna görə də onlar indi əhalisi olan ərazilərə çox çarəsiz şəkildə daxil olurlar, mövqelərini möhkəmləndirmək və orada qüvvələrini artırmaq üçün Slavyansk və Kramatorsk şəhərlərinə mümkün qədər yaxın ərazilərdən keçməyə çalışırlar", - Qrabski bildirib.
O qeyd edib ki, Donetsk bölgəsində bütün cəbhələrdə vəziyyət çətindir. Xüsusilə, onun sözlərinə görə, Konstantinovka və Çasovı Yar ərazisində düşmən şəhərlərə girmədən bu əsas yaşayış məntəqələrini hər tərəfdən mühasirəyə almağa çalışır.
“Tvente” ilə başlayan avrokubok macərası “Tvente”də dayandı - Video-Yenilənib
- Nepalda güclü daşqınlar nəticəsində ölənlərin sayı – Son rəqəm
- Fəlakət düşündüyümüzdən də yaxındır - Dubinski
- Kelloqdan Ukraynaya: Vaşinqtonu dinləməyin, "bataqlıqdır"
- Ruslar sürətlə irəliləyirlər, çünki payıza qədər... - Qrabski
- Rusiya Baltikyanı ölkəsinə hücum edə bilərmi?
- Fəlakətdə ölən şəxsin meyitini taladılar - Video
- Məğlubiyyətdən sonra canlı yayımda istefa verdi - Video
- 47 il sonra yeni dövrün başladığını belə göstərdi - Video