Azərbaycanlı kriminal avtoritet müəmmalı şəkildə öldü

00:45 - 28 Avqust 2026 - GÜNDƏM

 Azərbaycanlı kriminal avtoritet müəmmalı şəkildə öldü

Azərbaycanlı kriminal avtoritet, “Agbaş Qalib”, “Qalib Gəncinskıy” ləqəbi ilə tanınan Qərib Həsənov Rusiyanın Soçi şəhərində dünyasını dəyişib.

BUTA.TV Qaynarinfo.az-a istinadla xəbər verir ki, Qərib Həsənov 23 avqust 2026-cı ildə ailəsi ilə birgə Rusiyanın Soçi şəhərinə dincəlmək üçün gedib.

Elə həmin gün Rusiya hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. 24 avqust 2026-cı il tarixində Qərib Həsənovun saxlanıldığı polis məntəqəsində səhhətində ciddi problem yaranıb. Hadisə yerinə Təcili Tibbi Yardım Briqadası çağırılsa da o həyatını itirib.

İddia edilir ki, həmin vaxt Qərib Həsənova dozadan artıq ağrıkəsici vurulduğu üçün həyatını itirib. 1976-cı il təvəllüdlü Qərib Həsənov bu gün doğulub boya-başa çatdığı Gəncə şəhərində dəfn edilib.

İddialara görə, mərhum postsovet məkanında kriminal aləmində "Şakro Molodoy” kimi tanınan qanuni oğru Zaxari Kalaşovun yaxın dostlarından biri imiş.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol