Rusiyalı hərbi ekspert İqor Korotçenko bir neçə gün öncə vəfat etmiş rusiyalı siyasətçi, akademik, Rusiya Ali Sovetinin sonuncu sədri Ruslan Xasbulatovun 2019-cu ildə Ruslan Qurbanova verdiyi müsahibəsinin videoyazısını paylaşıb.
BUTA.TV xəbər verir ki, müsahibəsində Ruslan Xasbulatov SSRİ-yə ən böyük zərbənin ermənilər tərəfindən vurulduğunu deyib.
“Sovet İttifaqına ən böyük zərbəni ermənilər vurdu. Onlar başqa əraziləri ələ keçirmək üçün açıq silahlı qarşıdurmaya başladılar. Qarabağda erməni əhalisi çoxluq təşkil etsə də, Konstitusiya, qanun nöqteyi-nəzərindən Dağlıq Qarabağ Azərbaycana məxsusdur. Onlar məsələni sülh yolu, bəlkə də qurultay yolu ilə həll etmək əvəzinə, silahlı mübarizəyə başlamaq qərarına gəldilər. Məhz bu hadisələrdən sonra bütün dünya mərkəzi hakimiyyətin zəifliyini gördü. Yeri gəlmişkən, Dövlət Təhlükəsizlik Komitəsi (DTK) Mixail Qorbaçovun göstərişini gözləmədən bununla məşğul olmalı idi. Dövlətin müdafiəsi DTK-nın funksiyasıdır. Onlar orada hərəkət etməli, respublikaların rəhbərliyindəki 20-30 nəfəri həbs etməli idilər. SSRİ-nin süqutu Qafqazdan başladı. Bu silahlı münaqişə başlayanda Baltikyanı ölkələr də gördü ki, heç kim ciddi addımlar atmır”, - o bildirib.
- “Maqnusu məğlub etmək ən böyük arzum deyildi” - Aydın Süleymanlı
- Zevsin qardaşına hökm oxundu
- “Zevs”in qardaşının 10 il həbsi tələb edildi - 4 il iş verildi
- Bank kartlarında problem yarandı - Yenilənib
- Bakıda zibillikdən “Şevrolet Kobalt” tapıldı - Foto
- Anar Əliyev Salyanda vətəndaşları qəbul etdi
- Nazirdən maraqlı izah: 8 min qoyub, 3 aya...
- ABB istifadəçilərinə mühüm xəbərdarlıq: Əlavə vəsait silinir