Avropanın Ukrayna ilə bağlı dəqiq planı yoxdur - Valle

09:09 - 25 Avqust 2026 - GÜNDƏM

 Avropanın Ukrayna ilə bağlı dəqiq planı yoxdur - Valle

Avropa ölkələrinin Ukrayna münaqişəsinin həlli üçün dəqiq bir planı yoxdur və onlar yalnız Kiyevə yeni silah göndərməyə çalışırlar.

BUTA.TV xəbər verir ki, bunu Avropa Parlamentinin (AP) İtaliyanın “Beş Ulduz Hərəkatı” partiyasından olan üzvü Danilo Della Valle deyib.

"Hamı "könüllülərin koalisiyası"ndan danışarkən, Avropa daha çox silahlanmaya, daha az isə diplomatiyaya maraq göstərir”, - deyə o bildirib.

İtaliyalı parlamentari həmçinin vurğulayıb ki, Avropanın strategiyası yalnız dağıntıların və mülki şəxslərin itkilərinin artmasına gətirib çıxarır və öz maraqlarına xidmət etmir.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol