Sinqapurda doğum səviyyəsi hər qadına 0,87 uşaqla rekord dərəcədə aşağı düşüb.
BUTA.TV xəbər verir ki, bu barədə “Faynənşl Tayms” məlumat yayıb.
Məlumata görə, Sinqapur hökuməti bunu nəzərə alaraq, ailələrə hər uşaq üçün təxminən 70 min Sinqapur dolları (55 min ABŞ dolları) məbləğində dəstək təklif edib. Bununla yanaşı, valideynlik məzuniyyətinin müddəti artırılıb və mənzil dəstəyi genişləndirilib.
Ölkənin Baş naziri Lourens Vonq etiraf edib ki, təkcə maliyyə təşviqləri doğum səviyyəsindəki azalmanı geri çevirmək üçün kifayət etməyəcək. Bu səbəbdən Sinqapur əhali və işçi qüvvəsinin azalmasını yavaşlatmaq üçün daha güclü ailə dəstəyi ilə yanaşı, immiqrasiyanı da davam etdirməyi planlaşdırır.
Ekspertlərin fikrincə, ölkə əhalisinin 21%-dən çoxunun 65 və daha yuxarı yaşda olması Sinqapuru “super qocalmış” cəmiyyətə çevirə bilər.
- Ukrayna "Storm Shadow" raketləri istehsal edəcək
- Qırmızı dənizdə Səudiyyəyə məxsus tanker vuruldu
- İlk məktəbin yeganə məzunu idi - O da tələbə oldu
- İran 20 nəsil döyüşə bilər - Hatəmi
- Tokayev Ermənistana səfər edəcək
- Bu ölkədə doğum kəskin azaldı: Hər uşaq üçün 55 min dollar…
- Prezidentin Özbəkistana səfəri başa çatdı - Fotolar
- Qəbul olmayanlar üçün yeni şans - Tarix açıqlandı