Kürdəmirdə 28 yaşlı qadın qətlə yetirilib, onun əri şübhəli şəxs qismində saxlanılıb.
Bu barədə BUTA.TV-a DİN-in Mətbuat Xidmətindən bildirilib.
Belə ki, yanvarın 6-da saat 13 radələrində Kürdəmir rayonunun Şıxımlı kəndində 1994-cü təvəllüdlü Könül Qurbanovanın kəsici-deşici alətlə öldürülməsi barədə polisə məlumat daxil olub.
Polis əməkdaşları tərəfindən cinayəti törətməkdə şübhəli bilinən, onun həyat yoldaşı 1987-ci il təvəllüdlü Pərviz Qurbanov saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
- “Maqnusu məğlub etmək ən böyük arzum deyildi” - Aydın Süleymanlı
- Zevsin qardaşına hökm oxundu
- “Biləcəri” və “Park Xırdalan” layihələri alıcılarına geniş seçim imkanı...
- “Zevs”in qardaşının 10 il həbsi tələb edildi - 4 il iş verildi
- Bank kartlarında problem yarandı - Yenilənib
- Bakıda zibillikdən “Şevrolet Kobalt” tapıldı - Foto
- Anar Əliyev Salyanda vətəndaşları qəbul etdi
- Nazirdən maraqlı izah: 8 min qoyub, 3 aya...