Laçın yolundakı etiraz aksiyası artıq birinci ayına yaxınlaşır. Ermənistan hakimiyyəti, erməni separatçıları və dünyadakı erməni lobbisi var gücüylə müxtəlif dövlət və beynəlxalq təşkilatların yoldakı aksiyaya görə Azərbaycana təzyiq etməsinə çalışsalar da, “yol bağlıdır”, “xəstələrimiz dərmansız qalıb”, “Qarabağ erməniləri acdır” kimi dezinformasiyalar yaysalar da, nəticə hasil etmədilər. Fransanın siyasi dairələrinin Azərbaycan əleyhinə çalışmaları da nəticə vermədi.
BUTA.TV xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu qeyd edib.
“Aksiyanın əsas hədəfi rus sülhməramlıların məsuliyyət zonasındakı qızıl və mis yataqlarında monitorinqə imkan yaradılmasıdır. Buna nail olunmayıb. Belə olan halda “aksiya hələ nə qədər davam edəcək” sualı aktuallaşıb. Bu sualın bir neçə cavab variantı var.
Birinci variant, Qarabağdakı erməni separatçıları qızıl və mis yataqlarında azərbaycanlı məmurların monitorinqinə mane olmurlar (10 dekabrda “aksiya” ilə prosesə mane olmuşdular - red). Bu halda azərbaycanlı məmurlar yataqlarda monitorinq aparır və yoldakı etiraz dayandırılır. Ancaq monitorinqlə məsələ bitməyəcək, dövlətin yataqları və əldə edilən gəlirin nəzarət altına alması mövzusu aktuallaşacaq.
İkincisi, Qarabağdakı erməni separatçıları azərbaycanlı məmurların monitorinqinə maneə yaratmağa davam edirlər və etiraz qeyri-müəyyən müddətə qədər uzanır.
Üçüncüsü isə Azərbaycanın məqsədi yalnız yataqların monitorinqi deyil. Digər məqsəd Ermənistanla Qarabağı birləşdirən yolu nəzarətə götürməkdir. Bir müddətdən sonra ekoloqların etirazına fasilə verilsə belə, fəalların əvəzinə yolun həmin hissəsində Azərbaycan hərbçiləri post qurur və Qarabağa daxil olan və çıxan nəqliyyat vasitələrini yoxlamağa başlayırlar. Bu isə 2020-ci ilin 10 noyabr bəyanatına zidd deyil və yol bağlanmır. Sadəcə Azərbaycan ərazi bütövlüyü və suverenliyi çərçivəsində, silah daşınmasının və humanitar dəhlizdən qanunsuz olaraq terror fəaliyyətində istifadənin qarşısını almaq üçün yolu nəzarətə götürür”, - politoloq bildirib.
- Bakıda keçirilən COP29-un bitəcəyi tarix açıqlandı
- Netanyahu Bakıya gələrsə, həbs ediləcək? - “Məntiq bunu deməyə əsas verir”
- Japarov Azərbaycanla bağlı bu sazişi təsdiqlədi
- COP29 Sədrliyi bəyanat yaydı
- Prezident bu nazirə ali xüsusi rütbə verdi
- Berbok Bakıdan səsləndi: Kritik məqama yaxınlaşırıq!
- Bu sahəyə ayrılan pullar düzgün xərclənilmir - BMT
- Qazaxın azad olunan kəndlərində yeni zastavalar tikiləcək