Naxçıvan MR-da turizm şirkətlərinin reyestrinə düşməyən kommersiya qurumları cərimələnəcək.
BUTA.TV Report-a istinadən xəbər verir ki, bu sözləri muxtar respublikanın Turizm Departamentinin statistika və sertifikatlaşdırma sektorunun aparıcı məsləhətçisi Ruslan Rəhimli bildirib.
"Hazırda Naxçıvanda 20-yə qədər qeydiyyatda olan turoperator fəaliyyət göstərir. Sözsüz ki, qeydiyyatsız işləyənlər də var. Çünki onların fəaliyyəti üçün hansısa xüsusi lisenziya tələb olunmur. Ötən il qəbul edilmiş "Turizm haqqında qanun"a əsasən, turoperatorlar və turagentlərin reystrə daxil edilməsi mexanizmi hazırlanır. Həmin mexanizm hazır olandan sonra artıq biz də burada bu istiqamətdə işlərimizi görəcəyik. Reyestrə düşməyən şirkətlər cərimələnəcək", - deyə o qeyd edib.
R.Rəhimlinin sözlərinə görə, hazırda Naxçıvanda tur şirkətlərinin və digər turizm subyektlərinin lisenziyalaşdırılması ilə balı işlər görülmür: "Çünki qanunvericilik buna icazə vermir. Biz bir çox hallarda həm turizm subyektlərinin özündən, həm bu xidmətlərdən istifadə edən vətəndaşlardan, həm də turizm şirkətlərindən ciddi şikayətləri, narazılıqları qəbul edirik. Əvvəllər turagentlərə və turoperatorlara dövlət qurumu lisenziya verirdi. Amma bu gün həmin lisenziya verilmir. Hər hansı fiziki şəxs gedib VÖEN açdırmaqla bu xidməti göstərə bilir. Ona görə də ortaya qeyri-peşəkar şəxslər çıxır.
Hazırkı mərhələdə bizim tövsiyəmiz ondan ibarətdir ki, bu cür turlarda iştirak etmək istəyənlər mütləq mənada turizm departamentinə yaxud bizim tabeliyimizdə olan Turizm İnformasiya Mərkəzinə müraciət edib həmin şirkətlərin siyahısını bizdən əldə etsinlər. Hansı ki, peşəkarlar dəvət olunaraq onlara xüsusi kurslar keçirilib və bu kursları uğurla başa vuranlara bələdçi sertifikatı verilib. Hesab edirəm ki, insanlar turları həmin şəxslərin bələdçiliyi ilə həyata keçirsələr həm keyfiyyət, həm qiymət, həm də təhlükəsizlik baxımından razı qalacaqlar”.
- Bakıda keçirilən COP29-un bitəcəyi tarix açıqlandı
- Netanyahu Bakıya gələrsə, həbs ediləcək? - “Məntiq bunu deməyə əsas verir”
- Japarov Azərbaycanla bağlı bu sazişi təsdiqlədi
- COP29 Sədrliyi bəyanat yaydı
- Prezident bu nazirə ali xüsusi rütbə verdi
- Berbok Bakıdan səsləndi: Kritik məqama yaxınlaşırıq!
- Bu sahəyə ayrılan pullar düzgün xərclənilmir - BMT
- Qazaxın azad olunan kəndlərində yeni zastavalar tikiləcək