Yanvarın 11-i və 26-da Bakı Hərrac Mərkəzi MMC-də ləğv prosesində olan Bank Standard ASC-nin, yanvarın 18-i və 26-da isə Atabank ASC-nin daşınmaz əmlakların satışı üzrə açıq hərrac keçiriləcək.
BUTA.TV xəbər verir ki, bu barədə bankın ləğvedicisi - Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADİF) məlumat yayıb.
Məlumata görə, söhbət “Bank Standard”a məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər əliyev küçəsi, ev 22 ünvanında yerləşən 54,02 kv.metrlik mənzildən, eləcə də bu banka məxsus Bakı şəhəri, Nərimanov rayonu, Rəhimov Koroğlu küçəsi, ev 17 ünvanında 139,9 kv.metrlik mənzildən, həmçinin “Atabank”a məxsus Şirvan şəhəri, Leytenant Mahmud İbrahimov küçəsi, 204A ünvanında yerləşən 16,6 kv.metrlik qeyri-yaşayış sahəsindən və Lənkəran şəhəri, Həzi Aslanov xiyabanında yerləşən 301 kv.metrlik qeyri-yaşayış sahəsindən gedir.
Əmlaklara müvafiq olaraq 85 min manat, 1,1 milyon manat, 15 min manat və 600 min manat qiymət qoyulub.
Xatırladaq ki, Bank Standard ASC-nin lisenziyası 2016-cı il oktyabrın 1-dən, Atabank ASC-nin lisenziyası isə 2020-ci il aprelin 27-dən ləğv edilib.
- “20-dən çox sakinin yolunu bağlayıb ev tikirlər...” - Polkovnik-leytenant şikayətçidir
- Polyakların Ukrayna ilə bağlı fikirləri niyə dəyişdi?
- Köçəryanın oğlu həbs edildi
- İrəvan KTMT-dən çıxsa, həssas vəziyyətə düşəcək - Nahapetyan
- “Bizim immiqrantlara ehtiyacımız var”
- Budanov açıqladı: Ukraynanın ən çox ehtiyac duyduğu...
- Ukrayna müharibədə tədricən uduzur - Fedorov
- Şok: MKİ direktoru Putinə xəbərdarlıq etmək üçün gəlib!