Antalya vilayətinə səfər edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yeni təsisatların açılışında iştirak edəndən sonra Manavqat rayonunda yanğın nəticəsində evlərini itirən vətəndaşlar üçün tikilən yeni kənd evlərinin açarlarını sahiblərinə təqdim edib.
BUTA.TV xəbər verir ki, ölkədə həyata keçirilən sosial proqramlar, eləcə də təbii fəlakətlər nəticəsində zərər çəkən vətəndaşlara yardım məqsədilə həyata keçirilən tədbirlərdən danışan Prezident Rəcəb Tayyib Ərdoğan bildirib ki, Manavqat, Gündoğmuş, Alanya və Akseki rayonlarında yanğından zədələnən evlərin əvəzində inşa olunan 900 mənzildən 427-si bu dəfə sahiblərinə təqdim edilir. Bundan başqa, yanğın bölgələrində məhv olmuş meşələri bərpa etmək məqsədilə 143 min kiloqram ağac toxumu torpağa səpilib, 2.5 milyon ting əkilib.
Xatırladaq ki, Türkiyədə zaman-zaman tüğyan etmiş meşə yanğınlarının təhlükəli bir qismi 2021-ci ilin yayına təsadüf edib. Prezident İlham Əliyevin tapşırığı və birbaşa nəzarəti əsasında Azərbaycan fövqəladə hallar nazirinin briqadaları qardaş harayına çatıb. Həmin yanğınların sondürülməsinə FHN-in 743 əməkdaşı, o cümlədən 97 texnika, 77 yanğınsöndürmə, 6 nasos avtomobili, 1 yanacaqdoldurma çəni, 4 qərargah avtomaşını, 2 avtobus və 1 pikap, eləcə də köməkçi texniki vasitələr, “BE-200ÇS” tipli amfibiya təyyarəsi və 1 helikopter cəlb olunub.
Türkiyə ictimaiyyəti Azərbaycandan gələn bu qardaş yardımını hər zaman yüksək dəyərləndirir.
Bu şadlıq evi müəllimini vuran şagirdin ailəsinindir - Atası biznesmen, babası isə...
- Bu şadlıq evi müəllimini vuran şagirdin ailəsinindir - Atası biznesmen, babası isə...
- Sabah hava bu insanlar üçün əlverişli olacaq
- Qadını öldürən qonşusu olub – Qətlin detalları...
- Bunu edən şəxslər 8 ilədək həbs olunacaq
- Mübariz İbrahimovun adını daşıyan Mübariz İbrahimov - Foto
- Kamran Əliyev onu Gəncə hərbi prokuroruna müavin göndərdi
- Güclü külək əsəcək - Sarı xəbərdarlıq
- Müştəri ilə dalaşan "Sizin Lombard"ın filial müdiri saxlanıldı